Banqladeşdə baş verən yanğında 25 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb - VİDEO

 

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.

Konteyner anbarında baş verən yanğında azı 25 nəfər ölüb, 170-ə yaxın insan yaralanıb.

Bu barədə yerli polisin rəhbəri Abul Kalam Azad məlumat yayıb.

"Hazırda 25 nəfər ölüb. Ən azı 40 yanğınsöndürən və 10 polis də daxil olmaqla 170-ə yaxın insan yaralanıb. Hadisə zamanı üç yanğınsöndürən ölüb", - o deyib.

Yaralılar xəstəxanalara çatdırılıb.

0.13311791419983