“Pakistanla Azərbaycan arasında birbaşa təyyarə uçuşlarının başlanması mühüm hadisədir. Bu, turizmi və insanlar arasında ünsiyyəti gücləndirəcək”.
Demokratikmusavat.com " xəbər verir ki, bunları Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani deyib.
O, rəsmi Bakının beynəlxalq miqyasda Pakistana dəstəyini xüsusi vurğulayıb. “Azərbaycanın Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəyi təqdirəlayiqdir”, - Məhəmməd Sadiq Sancrani qeyd edib.
Senat sədri bildirib ki, Pakistan CPEC layihəsini "CPEC (“China Pakistan Economic Coridor” - Çin-Pakistan iqtisadi dəhlizi-red) Mərkəzi Asiya ölkələrində də genişləndirmək istəyir. Çin-Pakistan İqtisadi Dəhliz (CPEC) layihəsi Mərkəzi Asiya ölkələrinə, o cümlədən Azərbaycana regional ticarəti artırmaq üçün Qvadar limanından istifadəyə imkan verir.