ABŞ-dan olan türk kardiolji cərrahı professor Məhəmməd Öz Pensilvaniya Respublikaçılar Partiyasından Senata namizəd seçilib.
Demokratikmusavat.com bu barədə "qaynarifo"ya istinadla xəbər verir.
"Bu gün Məhəmməd Özə zəng vurdum və qələbə münasibətilə onu təbrik etdim”, - Makkormik deyib.
Qeyd edilir ki, keçmiş prezident Donald Tramp da Dr. Məhəmməd Özü dəstəkləyir.
Doktor Öz noyabrın 8-də keçiriləcək seçkilərdə Demokrat Partiyasının namizədi Kan Fettermanla rəqabət aparacaq.