Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya teleradiosuna müsahibəsində deyib.
Lavrov qeyd edib ki, Avropa İttifaqının Rusiyanın enerji resursları ilə bağlı siyasəti büdcədə itkilərə səbəb olmayıb və ilin sonuna qədər enerji ixracından əldə olunan gəlirlər artacaq.
"Neft, bütövlükdə, siyasətə tabe deyil, ona tələbat var. Neft bazarları siyasi "sifarişlərə" əməl etmir. Bizim alternativ satış bazarlarımız var, onlar üzrə satışı artırırıq", - nazir bildirib.