ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində atışma baş verib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Atışma nəticəsində azı 9 nəfər yaralanıb. Zərərçəkənlərdən üçü həyati təhlükəsi olan xəsarətlər alıb. Polisin məlumatına görə, yaralıların yaşı 17-24 arasındadır.
İnsident 100-ə yaxın insanın olduğu ticarət mərkəzində qeydə alınıb.
Telekanala görə, yaxınlıqdakı küçələr bağlanıb, araşdırma aparılır.