NATO qüvvələri Baltik dənizi regionunda: 4 mindən çox hərbçi, 60-dan çox təyyarə, 40 gəmi 

 

Baltik dənizi regionunda iyunun 5-dən 17-dək ənənəvi “Baltops” hərbi təlimləri keçiriləcək.

Demokratikmusavat.com " xəbər verir ki, təlimlər Stokholmda başlayacaq, daha sonra Baltik dənizində və regionun hava məkanında davam etdiriləcək.

Hərbi manevrlərdə NATO-nun 14 üzv ölkəsi - ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Niderland, Norveç, Polşa və Türkiyə, habelə Alyansın tərəfdaşları olan İsveç və Finlandiya iştirak edəcək.

Təlimlərə 4 mindən çox hərbçi, həmçinin dəniz desantı, 60-dan çox təyyarə və 40 gəmi cəlb ediləcək. Manevrlərin gedişində Baltik regionunda kollektiv müdafiənin təmin edilməsi işlənəcək.

Təlimlərə Almaniyada yekun vurulacaq.

0.24797892570496