ABŞ-da yüksək səsli it hürməsi qanun pozuntusu kimi qəbul olundu

 

ABŞ-ın Şimali Karolina ştatının Qrem bölgəsində itin yüksək səslə hürməsi yerli səssizlik  qanununun pozulması kimi qəbul olunub.

Yerli qanunun normalarına əsasən, səsin müəyyən edilmiş yüksəklik həddini aşması ancaq hər hansı zərurətlə əsaslandırılmalıdır.

Rayon prokurorunun qərarına əsasən, yeddi yaşlı “Leo” ləqəbli böyük pireneyin hürməsi bu qaydanın pozulması hesab olunub.

Qeyd olunub ki, itin sahiblərinə kompromis həll yolu - səs tellərinin çıxarılması təklif olunub.

“Mən etiraf edirəm ki, mənim bölgəm üzrə rayon prokurorunun köməkçisi şəhərin səssizlik qaydalarının pozulmasının mümkün həlli kimi itin səs tellərinin cərrahi yolla çıxarılmasını təklif edib. İstər zarafatla deyilmiş olsun, istərsə ciddi, bütün hallarda bu təklif yersiz idi”, - deyə rayon prokuroru Eşli Uelç katibin təklifi ilə bağlı fikirlərini bildirib.

Heyvanın sahibləri yerli hakimiyyətin qərarından narazı olduqlarını və məhkəmə prosesinə davam etməyi planlaşdırdıqlarını bildiriblər.

0.19253706932068