Kadırovdan Şoyqu görüşündən sonra Ukrayna açıqlaması - Yeni taktika seçilib

 

Ukraynada hərbi əməliyyatların effektivliyini artıracaq və onu sürətləndirəcək yeni taktikalar müəyyən edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdən sonra bildirib.

“Cümə axşamı Moskvaya işgüzar səfər çərçivəsində mənim Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə çox səmərəli görüşüm oldu. Sergey Kujugetoviç  Ukraynadakı hərbi əməliyyatlarda taktikaların təkmilləşdirilməsini nəzərdə tutan yeni vəzifələr müəyyən etdi. Görülən tədbirlər hücum manevrlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək ki, bu da xüsusi əməliyyatın daha sürətlə aparılmasına kömək edir”, - Kadırov öz Telegram kanalında deyib.

Mürtəza
Demokratikmusavat.com

0.14635705947876