"Z-burger”: Mc'Donalds Rusiyada işləmək üçün sifətini dəyişdi

 

"Z" əməliyyatından sonra Rusiya Federasiyasını tərk edən xarici şirkətlərin arasında fast-food üzrə dünya lideri olan “Mc'Donalds” da var idi. Şirkətin ölkə ərazisində 850 restoranı öz fəaliyyətini hələ mart ayında "müvəqqəti" dayandırsa da, müqavilə və öhdəliklərlə bağlı maliyyə əməliyyatları zənciri mayın ortalarına qədər davam etdi.

Demokratikmusavat.com azvision.az-a istinadən xəbər verir ki, ictimaiyyətə bildirilmişdi ki, "Mc'Donalds fasiləsiz işi davam etdirə, şəbəkə müəssisələrində çeşidin saxlanılmasına və qonaqlarına təqdim etdiyi yüksək keyfiyyət standartlarına zəmanət verə bilmədiyi üçün bazarı tərk etmək məcburiyyətindədir". Bu, dünya nəhənginin Rusiyadakı restoranlar şəbəkəsində, çatdırılma xidmətində, istehsalat və saxlanma bazasında çalışan 62.000 nəfərin avtomatik olaraq işsiz qalması demək idi.


Baş verənlərin fonunda Rusiya Dumasının spikerinin Mc'Donalds-ı "У дяди Вани!" brendinə çevirmək kimi absurd təklif irəli sürmüşdü. Hətta şirkətin əmlakını "milliləşdirmək", yəni müsadirə etmək təşəbbüsü ilə çıxış edənlər də tapılmışdı.


Amma görünən odur ki, “Mc'Donalds” nəhəng bazarı itirməmək üçün Rusiyanın siyasi rəhbərliyi ilə gizli danışıqlara getməyi seçdi. "Devision.Agency" reklam şirkətinin fast-food nəhəngi üçün hazırladığı yeni rebrendinq qismən “Mc'Donalds”ın stilini qorusa da, rus ordusunun yaşıl boyasını xatırladan çalarları ilə seçilir. Yəni "Z" əməlliyatı ilə qırmızı-sarı "Mak"ın hibrididir. Şirkətin adında isə bəsit "Весело и Вкусно" (şən və dadlı) şüarı yer alıb.


Şəbəkə istifadəçilərinin fikrincə, bu rebrendinq sadəcə biabırçılıqdır. Onların rəyləri arasında fast-food şəbəkəsinin yeni adı üçün əmlakının müsadirəsinə işarə edən "Oğurladıq və Əladır", "Ye və ...", "Qələbədonalds", "Kədərli və Dadsız", "Hırılda və ödlən" kimi istehzalı təkliflər var.
 

0.30333495140076