Cümə günü neft qiymətlərində cüzi dəyişiklik müşahidə olunub.
Demokratikmusavat.com xəbər verir ki, buna səbəb "OPEC+"-ın qərarı ilə artan hasilatın Rusiyadan itirilmiş tədarükü kompensasiya edə biləcəyi və COVID məhdudiyyətlərinin yumşaldılması fonunda Çinin artan tələbini ödəyə biləcəyi ilə bağlı yaranan şübhələr olub.
ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin fyuçersləri 0,29 ABŞ dolları ucuzlaşaraq bareli 116,58 dollara, "Brent" markalı neftin bir bareli isə 0,15 dollar azalaraq 117,46 dollara düşüb.
Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqlərinin cümə axşamı iyul və avqust aylarında hasilatı əvvəllər razılaşdırıldığı kimi sutkada 432 min barel əvəzinə, 648 min barelə qədər (gündə) artırmaq qərarı bazar iştirakçıları tərəfindən yetərli hesab edilmədi.
Könül
Demokratikmusavat.com