“Demokratikmusavat.com ” xəbər verir ki, bu məsələ İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.
Ermənistan və Azərbaycan arasında danışıqların gedişindən danışan Paşinyan “3+3” formatında sammitin tez bir zamanda Tehranda keçirilməsini alqışlayıb.
Rəisi isə qeyd edib ki, bu əməkdaşlıq regionda sülh, sabitlik və iqtisadi və ticari rifahı gücləndirəcək.
Mürtəza
Demokratikmusavat.com