Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində əyləncə mərkəzinin fəaliyyət göstərməsinə münasibət bildirib.
Nazirlikdən Demokratikmusavat.com -a verilən məlumatda deyilir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda doğurub.
"Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib. Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək ölçü götürülüb. Bildiririk ki, hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz".