Altseymer xəstələrinin olduğu qocalar evi yandı - FOTO

 

Çexiyanın paytaxtı Praqada Altseymer xəstələrinin olduğu qocalar evində yanğın baş verib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Roztoky rayonunda naməlum səbəbdən baş verən yanğında qocalar evindəki 56 xəstədən 54-ü xəsarət alıb.

Yaralılardan 2-nin səhhətinin ağır olduğu bildirilib. Qocalar evinin damından başlayan yanğın bütün binanı yararsız hala salıb.

Praqa yanğınsöndürmə briqadasının sözçüsü Tereza Skora Flieqerova binanın yanğından zərər gördüyü üçün istifadəyə yararsız olduğunu və xəstələrin təxliyyəsinin tamamlandığını deyib.

Billurə

 

0.14980602264404