Yükü “az” azyaşlı...

 

Başlıqdan da göründüyü kimi, biz onlara azyaşlı deyirik. anındaca bu adın mahiyyətini heçə endirən bir mənzərəylə rastlaşırıq.

Bu mənzərədə hər kəs o uşaqları tanıya bilər. Axı adına azyaşlı deyilincə, hamının ağlına balaca uşaqlar gəlir, gözünün qarşısında yalnız onlar canlanır...

Can deyərkən, onları candan məhrum edənlər gözümüz önündə canlanır. Əlbəttə, onları insan adlanan varlıqdan asanca ayırmaq olur. Balaca varlıqlara, azyaşlılara qənim kəsilən, onların az olan ömrünü çoxalmağa qoymayan, formaca adam, mahiyyətcə onun tam əksi olan varlıqlardan bəhs edirik.

Bəli, on illər öncənin hadisələrini xatırlamağın özü çox, çox ağırdır. Erməni vəhşiliyinin azyaşlı qurbanlarının valideynləri təkcə o ailələr deyil, biz hamımızıq. Bu hissi  bioloji mənadan çox uzaq, birbaşa insani hiss-duyğu, adi məntiqlə gələcəyimizin məhz onlar olması mənasında da ifadə etmək olar. bu, ifadə etmədiyimiz məqamın, sözlərin adi formaya sığışdırılması kimi izah oluna bilər. Çünki dünyanın harasında olursa-olsun, adına azyaşlı deyilən, qeyd-şərtsiz, yaşı az olan balaca varlıqların ömrünün qəsdən kəsilməsi, onların həyatına qənim kəsilməsinin fonunda, istənilən söz, ifadə, hiss öz mənasını, kəsərini itirir. yerində sözlə ifadə edilməyəcək qədər, olduqca ağır bir mənzərə qalır.

Onun adı da dünyanı davam etdirməyə gəlirkən, missiyası yarıda qalmış, yarımçıq, balaca, azyaşlı ömürlərdir. Ki, adına da məntiqə uyğun, azyaşlı deyirik...

Bu azyaşlıların ömrünə on illər əvvəl erməni vəhşiləri qənim kəsildi. Qarabağ müharibəsinin həm ilk, həm ikinci mərhələsində itirdiklərimizin sırasında onlar da oldu.  Adına azyaşlı dediklərimiz bu yaşın əslində, heç bir yaşın  çərçivəsinə sığmayan vəhşilikləri Xocalıda bütün işğal olunmuş ərazilərimizdə gördü...

Təkcə bumu?!

Evində, həyətində qəfil gülləyə tuş gələnlər onların yanında, ardınca sıralandı...

Müharibənin hər iki mərhələsində itirdiyimiz azyaşlı çox oldu. Bu, sözsüz ki, təkcə sayı ifadə etmir, hadisənin azyaşlıya bağlı məntiqinin azmanlığını heç nəyə sığmayan nələri, nələri ifadə edir...

O uşaqları hamımız tanıyırıq.

Onlar Suriyada, Ukraynada adını bir yazıda sadalamadığımız bütün ölkələrdə var...

Onlar hər yerdə mövcuddur.

Müharibənin mənhus simasının mövcud olduğu hər yerdə onlar azyaşlıdır...

Müharibə onları az yaşında yaxalayıb.

Raketlər düşəndə, bombalar yağanda orda kiminsə yaşının azyaşlı olduğunun fərqinə baxmayıb... Kiminsə neçə illərin intizarından sonra doğulduğunu, yaxud hansı şərtlər altında yaşadığını hesaba almayıb...

Ürəkdən-qəlbdən heç anlamayan texniki vasitələrin tətiyini, düyməsini sıxanın hansı varlıq olduğunu indi təsəvvür edək, görək, bunu bacaracağıqmı?!

...Biz onlara azyaşlı deyirik. Azyaşlıdırsa, deməli, gücü-qüvvəsi məntiqlə, özünə uyğun, yəni çox az olmalıdır. Amma...

Yaşları az olanların çiyninə çəkisindən ağır yük qoyanlarla da rastlaşdıq bu ədalətsiz dünyada. Onların adını istədiyimiz kimi çağıra bilərik -  ata”, “ana”, yaxud da, heç ...

Çəkilən adların mənasının formaca bir-birindən fərqli olmasına rəğmən, onlar eyni mahiyyətdən çıxış edərək öz azyaşlılarına yeganə niyyətlə yanaşır. Bu niyyətin adı ?

Adı - azyaşlıların fiziki əmək sərf etməyə yetərli olmayan qüvvəsiylə, onların vasitəsiylə, asan yolla gəlir qazanmaqdır. Bəli-bəli, bu balaca varlıqları hələ istismar etməkdən vaz keçməyənlər mövcuddur fani dünyamızda, aramızda...

Doğrudur, uşaq əməyindən istifadə qədər qadağan edilsə , fəqət bu məsələ istənilən vaxtda, məqamda, ərazidə meydana çıxır. Bu məqamda qeyd etməliyik ki, azyaşlıların əməyindən istifadə edilməsi, onların ictimai nəqliyyatda konduktor kimi işlədilməsi  s. hallar aradan qaldırılıb. Lakin təəssüf ki, onların küçələrdə maşınların şüşəsiləni, səkilərin dilənçiləri kimi işlədilməsi, istismar edilməsi faktları hələ qalır. Gözdən-nəzərdən iraq, bəzən isə mərkəzi küçələrdə belə, tıxac vaxtı onların məcburi əməyə cəlb edilməsi halları yaşanır. Bu isə qeyd-şərtsiz, onların məcburi əməyə cəlb edilməsi faktıdır onu isbat etmək üçün ciddi araşdırmaya da ehtiyac yoxdur. bu məqamda əl açmağa adətkərdə olan  balaca dilənçi-qaraçılardan deyil, məhz imkansızlıqdan, kasıbçılıq yoxsulluqdan əziyyət çəkən, ağır həyat tərzi olan ailələrin uşaqlarından söhbət açırıq.   

Onların bəzisi anasının yanında, qucağında ya ətrafındadır...

Onların bəzisi tək-tənha da dilənir, xırdavat satır...

Həmin uşaqların bir qismi azyaşlı, bağçayaşlı, bir qismi isə güman ki, ibtidai sinif şagirdi ola biləcək yaşdadır. Yaşayıb-gördüklərihəyat məktəbionları çoxdan şagird statusundan məhrum etsə . Təəssüfsüz keçinmək mümkün deyil bu məqamda...

Təəssüf hissi bir ona görə yaşanır ki, az yaşdan başlayaraq yuxarıya doğru - dərk etməli, illərlə görməli, öyrənməli olduğu ilə o, çox az bir müddətdə üzləşməli olur. Necə deyərlər, ona layiq olmasa da,  mahiyyətini qavramadığı ağır bir travma almağa məcbur qalır.

Məhz məcbur qalır. Bu məcburiyyəti ona yaşadanların adını isə siz deyin.

...Paytaxtın orta məktəblərinin birinin yaxınlığında öncələrdən tanıdığım 8-9 yaşındakı azyaşlını yenə görürəm. Hansı fəsil olmasından asılı olmayaraq, səkidə büzüşərək oturub evdə kəsilib-hazırlanan çiy xəmir məmulatları satırdı...

Onu hamı görürdü, satdığından alan da vardı, almayan da. Gigiyenik qaydalardan, hazırkı dönəmə uyğun gəlməyən, mövcud şəraitin diqtə etdiyindən kənar, düz səkinin üstünə qoyulmuş məhsulları almaqdan çəkinən, qorxan da vardı...

O, satıcı deyil, uşaqdır. Hansısa bir həyat tərzində, durumda yaşayan, məchul bir ailə tablosundan qoparaq aramıza düşən azyaşlıdır...

Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyasına əsasən isə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Milli Uşaq Strategiyasılayihəsi hazırlanıb. Həmin komitənin hesabatına görə, uşaq hüquqlarının müdafiə edilməsi təmin olunması istiqamətində Azərbaycanın beynəlxalq sənədlərə qoşulması üçün tədbirlər görülür.

Beynəlxalq sənədlərə qoşulmaq istiqamətində görülən tədbirlər öz yerində. Bəs görəsən,  etmək olar ki, yayın qızmarında, qışın soyuğunda küçələrdə dilənən, işləyən, əməyi istismar edilən, məcburən evdən, ailədən, məktəbdən uzaqlaşdırılan uşaq qalmasın, olmasın?!

Sual ritorik deyil. Adına azyaşlı deyilənin yükünü çoxaldanlara, onları istismar edənlərə, həyatını birbaşa mənada qaraldanlara, gözü onları görməyənlərə, ürəyi hiss etməyənlərə, qulağı eşitməyənlərədir.

 Azyaşlıya qayğını, diqqətiçoxgörən bütün çoxyaşlıyadır! 

...Dünyadakıqurban-uşaqların hamısını bir tabloda birləşdirən, yanına düşən raketin dağıntıları fonunda təsvir olunan, başından yaralı uşağın son kəlmələrindən təsirli, qandonduran heç tapa bilmərəm bu məqamda: “Allaha söyləyəcəm...”...

 Nigar Orucova 

0.20566415786743