Paşinyan nəyə görə Putinə "narahatam" dedi?

 

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Demokratikmusavat.com ”  xəbər verir ki,
onlar Ermənistan-Rusiya ikitərəfli gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər. Regional problemlərə və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunulub.
Rusiya Prezidenti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və təhlükəsizliyi üzrə Komissiyanın ilk iclasının keçirilməsini alqışlayıb və Rusiyanın sərhədlərin demarkasiyası prosesinə yardım etməyə hazır olduğunu təsdiqləyib. 

Sazişə əsasən, Komissiyanın növbəti iclasının Moskvada keçiriləcəyi vurğulanıb.

Regional kommunikasiyaların açılması məsələsi qaldırılıb və üçtərəfli işçi qrupun işinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.

Paşinyan Rusiya Prezidenti ilə Brüsseldəki son görüş haqqında təəssüratlarını bölüşüb, görüşdən sonra ortaya çıxan və müzakirələrin mahiyyəti ilə heç bir əlaqəsi olmayan şərhlərdən narahatlığını bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.18423891067505