Yaz sessiyasında kredit almaq üçün nə qədər tələbə müraciət edib?

 

Ali məktəblərdə tədrisin yaz sessiyası dövründə təhsil tələbə krediti almaq istəyən tələbələrin sayı açıqlanıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, kredit almaq üçün ümumilikdə 4 918 nəfər müraciət edib.

Mayın 31-i, müraciətin son günündə isə təhsil tələbə krediti almaq üçün 89 nəfər müraciət edib.

0.16417503356934