Paralel.az " xəbər verir ki ..."> Paralel.az " xəbər verir ki ...">

Bakıdan avtomobil qaçıran qardaşlar yolda tutuldu

 

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakinləri tutulub.

Demokratikmusavat.com xəbər verir ki, “102 Zəng Mərkəzi”nə mayın 30-na keçən gecə Binəqədi qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Füzuli rayon sakini Ə.Allahverdiyevə məxsus “Daf” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Goranboy rayon sakini M.Yusifov tərəfindən qaçırılması müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri ilə M.Yusibov və qardaşı Yevlax rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

0.43254518508911