“82 yaş mənim üçün sadəcə rəqəmdir. Özümü çox yaxşı hiss edirəm, gənc bir adam kimi”.
Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında Xalq artisti, "Şöhrət" ordeni laureatı Niyaməddin Musayev deyib.
“Builki doğum günümü evdə nəvələrimlə, balalarımla bir yerdə qeyd edirəm"- ,deyə xalq artisti söyləyib.
Milli estradanın yaradıcısı olan sənətçi bu sahədə hazırkı vəziyyətlə bağlı da qısaca danışıb:
“Milli estrada hələ o dərəcədə deyil. Allah qoysa, yavaş-yavaş inkişaf edəcək. Hər şey yaxşı olacaq. Gənclər yavaş-yavaş bu janra keçir”.
N.Musayev səhhətinin də qaydasında olduğunu bildirib: “Hər şey gözəldir, hər şey yaxşıdır. Allaha şükür özümü yaxşı hiss edirəm. Sizin kimi insanların sayəsində, xoş sözlərlə halımı xəbər alanda daha da yaxşı oluram. Çox sağ olun”.
Mətbuatda tez-tez görünməyən N.Musayev zaman-zaman barəsində çıxan ölüm xəbərlərinə belə reaksiya verib:
“Mən istəmirəm ki tez-tez şou yaradım, mətbuata açıqlama verim. Bilirsiniz, lazım deyil. Hamısı müəyyən dərəcədə lazımdır. Təşəkkür edirəm”.
Qeyd edək ki, N.Musyaev 1940-cı ilin 1 iyununda Ağdaşda doğulub.
Billurə Yunus