Qətər şahzadəsi Əbdüləziz bin Xəlifə Əl Saninin keçmiş həyat yoldaşı Kasia Qallanio (45 yaş) evində ölü tapılıb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, 2004-cü ildə Al Sani ilə evlənən polşalı-amerikalı qadın İspaniyadakı evində ölü tapılıb.
Fransanın “Le Parisien” qəzetinin məlumatına görə, 45 yaşlı Kasia Gallanionun cəsədi yerli polis tərəfindən tapılıb.
Əl Saniyə qarşı övladlarının qəyyumluğu üçün illərdir mübarizə aparan Qallanio İspaniyanın Malaqa bölgəsindəki Marbellada yaşayırdı.
Əl Sani ilə evliliyindən 3 qızı olan Qallanionun həddindən artıq dozadan öldüyü bildirilir.
“Le Parisien” qəzeti Qallanionun bədənində heç bir fiziki zorakılıq əlaməti olmadığını yazıb.
Fransız mətbuatı Əl Sani ilə mübahisəli şəkildə boşanan Qallanionun bir müddətdir depressiya və spirtli içki problemləri ilə mübarizə apardığını yazıb.
Qallanio keçmiş ərinin üç qızından birinə cinsi istismar etdiyini iddia edirdi. Qətər şahzadəsi isə bu iddianı qətiyyətlə rədd edib.
Qeyd edək ki, Əl Sani 1992-ci ildə Qətər əmirinə qarşı dövlət çevrilişi etdiyi iddiasına görə sürgün edilib.
Billurə