Demokratikmusavat.com xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
"Kanada, şübhəsiz ki, prezident Putinin Ukraynanın ərazi bütövlüyünü pozmaq üçün atdığı hər bir hərəkətə görə müvafiq əks tədbirlər görəcək. Kanada əsassız hərəkətlərinə görə Rusiya rejimi üçün cavabdehlik axtaracaq. Biz Ukraynanın və onun xalqının tərəfindəyik", - Kanada Xarici İşlər Naziri Melani Coli bildirib.
Qeyd olunur ki, sanksiyalar Ukraynaya qarşı mənasız müharibəyə son qoymaq üçün Rusiya rəhbərliyinə növbəti təzyiqlər tətbiq etmək məqsədi daşıyır.