Avropa Birliyinə üzv ölkələrin əksəriyyəti Ukraynaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşıdır.
Demokratikmusavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi bildirib.
"Aİ-nin Ukrayna üçün namizəd statusuna İttifaqın demək olar ki, bütün əsas dövlətləri etiraz edir, deyərdim ki, İtaliya istisna olmaqla, onların hamısı", - Draghi bildirib və Ukraynaya belə bir statusun verilməsinin çətin olduğunu qeyd edib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev tezliklə bloka üzv olmağı gözləmir, lakin Aİ-də “zəmanətli yer” istəyir. Bu arada Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, Ukraynanın bloka daxil olması illər çəkə bilər. Aİ-nin Kiyevin üzvlüklə bağlı rəyini iyunda verəcəyi gözlənilir.
Elvin
Demokratikmusavat.com