Çiyələkdən yayılan xəstəlik QORXUYA SALDI: Artıq 17 nəfər yoluxub

 

Koronavirus, meymunçiçəyi və gizli hepatit virusu ilə bağlı son xəbərlərdən sonra  daha bir panikaya səbəb olacaq məlumat yayılıb.

Demokratikmusavat.com sfera.az-a istinadən bildirir ki, ABŞ və Kanadada müxtəlif səhiyyə agentlikləri mart və aprel aylarında alınan çiyələklərin Hepatit A epidemiyası ilə əlaqəsini araşdırmağa başlayıb. ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçılara Aldi, Kroger, Safeway, Sprouts Farmers Market, Trader Joe's, Walmart və digər böyük şəbəkələr kimi böyük ərzaq mağazalarında satılan FreshKampo və HEB markalarının çiyələkləri barədə xəbərdarlıq edib.
Ətraflı
Ad - 01:41

"Epidemioloji məlumatlar göstərir ki, 5 mart 2022-ci il və 25 aprel 2022-ci il tarixləri arasında alınmış FreshKampo və HEB markaları kimi satılan təzə üzvi çiyələklər Hepatit A xəstəliyinin mümkün səbəbidir", - deyə qurumdan bildirilib.

FDA -  Kaliforniya, Minnesota və Kanadada aşkarlanan Hepatit A hallarının da bu orqanik çiyələk markaları ilə əlaqəli olduğunu söyləyib. ABŞ-da 15-i Kaliforniya, biri Minnesota və biri Şimali Dakotada da olmaqla, 17 yoluxma aşkar edildiyi və 12 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. FDA, insanların bu çiyələklərdən alıb soyuducuda donduraraq sonradan istifadə etdiklərini nəzərə alaraq, hər kəsə onları zibil qutusuna atmağı məsləhət görüb.

0.13846302032471