QORXULU SSENARİ AÇIQLANDI: "Yay aylarında..."

 

Yunan mediası Egey, Şərqi Aralıq dənizi və Kiprdə gərgin yay aylarının yaşana biləcəyini iddia edib.

Demokratikmusavat.com sfera.az-a istinadən bildirir ki, mətbuatda Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin Brüssel sammitində, "Yunanıstan hər zaman dialoq tərəfdarıdır, lakin suverenlik və suveren hüquqların pozulması qəbul edilməyəcək" mesajını verəcəyi vurğulanıb.

"Eleftherostypos" qəzetinin yazısına əsasən, Mitsotakisin həmsöhbətlərinə regionda gərginliyin artması təhlükəsi barədə məlumat verməsi gözlənilir.

"Kathimerini" qəzeti bölgədəki gərginliyin daha da artacağı ilə bağlı xəbərdarlıq edib. Sözügedən xəbərdə "Yunanıstan hökuməti Ankaranın önümüzdəki həftələrdə qaçqın/miqrant böhranından sui-istifadə etməsini gözləyir",  ifadələri yer alıb.

Afinanın digər narahatçılığı iyul ayında Türkiyənin Kiprin müstəsna iqtisadi zonasında qazma işlərini bərpa etmə ehtimalı olub. Bunun Şərqi Aralıq dənizində yeni böhrana səbəb ola biləcəyi vurğulanıb. Türk tədqiqat gəmisinin Kritin cənubuna göndərilməsi ən pis ssenari kimi qiymətləndirilib.

0.1609628200531