Avropa İttifaqına üzv ölkələrin ictimai iaşə müəssisələrində siqaret çəkməyin qadağan edilməsinin nəticələri ilə bağlı son illərdə aparılan tədqiqatlar bu addımın kafe və restoran sahiblərinin gəlirlərinə davamlı təsirini təsdiqləyib.
Demokratikmusavat.com bildirir ki, bu barədə Çexiyanın İctimai Televiziyasının efirində gedən proqramın ölkə iqtisadiyyatının qastronomiya sahəsini təmsil edən qonaqları bildiriblər.
Onların fikrincə, tədqiqatların nəticələri göstərib ki, əvvəllər siqaret tüstüsünün iyinə görə restorana gəlməyənlər indi gəlməyə başlayıb və bu səbəbdən müəssisələrin gəlirləri artıb.
Eyni zamanda, restoran sahibləri gileyləniblər ki, elektron siqaretlər və digər oxşar vasitələrə ictimai iaşə müəssisələrinin operatorlarının necə yanaşmalı olması barədə qanunvericilikdə hələ də izahat yoxdur. Onlar bu problemin mümkün qədər tezliklə həllinə ehtiyac olduğunu bildiriblər.