Cari ilin may ayında Nigeriyada ən azı bir nəfər meymunçiçəyi xəstəliyindən ölüb.
Demokratikmusavat.com ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinə (NCDC) istinadən xəbər verib.
Mərkəzin hesabatında deyilir ki, may ayı ərzində Nigeriyada altı nəfərin meymunçiçəyi xəstəliyinə yolxuması qeydə alınıb və bir nəfər ölüb. Nigeriyada meymunçiçəyi xəstəliyinə yoluxma riskinin yüksək olaraq qaldığı vurğulanır.
Son iki ildə Konqo Demokratik Respublikası, Kamerun, Nigeriya və Mərkəzi Afrika Respublikasında meymunçiçəyi epidemiyası qeydə alınıb.