Türkiyənin (İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsində - red.) arqumentlərinin nə qədər dəyərli olduğu göründü.
Demokratikmusavat.com bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, terrorla mübarizə həmrəyliyində prinsipial olmaq üçün irəliləyiş lazımdır.
"Türkiyənin ifadə etdiyi hər şey əslində ittifaqın ruhunu və məntiqini əks etdirən sözlərdir. Mübarizə apardığımız terror təşkilatına silah təlimi verən üzvlər var. İsveç və Finlandiya kimi PKK ilə əməkdaşllq edən ölkələrin NATO-ya qoşulması NATO-nu gücləndirməyəcək. Qərar verməyi çətinləşdirəcək", - deyə o bildirib.