NATO şərqdə mövqelərini gücləndirmək üçün məhdudiyyət görmür

 

Ukrayna hadisələri fonunda alyansın şərqdə qüvvələrin yerləşdirilməsi ilə bağlı Rusiya ilə NATO arasında 1997-ci ildə imzalanan qarşılıqlı əlaqələr, əməkdaşlıq və təhlükəsizlik haqqında təsis aktından irəli gələn məhdudiyyətlər artıq yoxdur.

Bunu NATO baş katibinin müavini Mirça Coana bildirib.

Onun sözlərinə görə, akt Rusiyaya görə işləmir: “Bunu necə müəyyənləşdirmək nüans məsələsidir, lakin Rusiya bizimlə bu razılaşmadan böyük ölçüdə geri çəkilib. Buna görə də, Şərq qanadında güclü NATO varlığına və NATO ərazisinin hər kvadrat santimetrinin alyansın beşinci maddəsi və müttəfiqlərimiz tərəfindən mühafizə olunmasına dair bizim artıq heç bir məhdudiyyətimiz yoxdur”.

Təşkilatın baş katibinin müavini bildirib ki, Baltikyanı ölkələr 2017-ci ildən onlarda yerləşdirilən beynəlxalq bölüklərin bir neçə dəfə böyük briqada birləşmələri ilə əvəz etməyi xahiş edirlər.

O, bildirib ki, Alyansın bölgədəki mövcudluğu bir sıra sahələrdə gücləndiriləcək, lakin qüvvələrin dəqiq sayı hələlik bəlli deyil. Onun sözlərinə görə, yekun qərarlar NATO-nun Madriddə keçiriləcək sammitində veriləcək.

0.19926500320435