Oqtay Gülalıyevdən XƏBƏR VAR: "Çox pozitivəm" - FOTO

 

Avtomobil qəzasından sonra beyninə qan sızan hüquq müdafiəçisi Oqtay Güləliyinin ən son vəziyyəti açıqlanıb.

Bu barədə Demokratikmusavat.com -a O.Güləliyevin yaxın dostu İlham Hüseynli danışıb. O bildirib ki, fiziki olaraq çox yaxşıdır, amma reaksiyaları zəifdir:

“Əlbəttə, hələ danışa bilmir. Keçən avqustda danışırmış. Hətta 70-80% özü yemək yeyirmiş, amma indi yenə sistem yolu ilə qidalanır. Danışmasa da, mənə xeyli reaksiya verdi. Onunla bağlı çox pozitivəm”, - deyə o söyləyib.

Hazırda hüquq müdafiəçisinin müalicəsi ev şəraitində davam edir.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oktay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. 

Onun müalicəsi həm Türkiyədə, həm ölkəmizdə aparılıb. O.Güləliyev dəfələrlə əməliyyat olunub.

Billurə Yunus

 

0.26087784767151