Sahil Babayev zülmü davam edir

 

Hökumət bu zülmü görməzdən gəlir

Hazırda ölkənin ən həssas qrupu sayılan müharibə əlillərinə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin göstərdiyi ögey və yarıtmaz münasibət insanları çox narahat edir.

Məlum səbəblərdən ölkənin bütün sahələrini böhran bürüyüb. Böhranı doğuran səbəblər də bəllidir. Koronavirus, Ermənistanla 44 günlük müharibə və dünyada baş verən çoxsaylı kataklizmlər bir yandan, rüşvət və korrupsiya xəstəliyinə tutulmuş məmurlar isə digər yandan Azərbaycanda ağır olan vəziyyəti, sosial-iqtisadi durumu xeyli ağırlaşdırır.

Azərbaycanda hökm sürən böhran tək dünyada baş verən ümumi problemlərlə bağlı olsa idi, xalq dünyanı bürüyən ümumi böhranı qarşılamaqda çətinlik çəkməzdi. Dünyanın əksər dövlətlərindən fərqli olaraq isə, Azərbaycanda böhranın daha dərin qatlara işləməsi və xalqın gün-güzəranının dözülməz duruma düşməsinin səbəbkarı rüşvət və korrupsiya əməlilə məşğul olan məmurlardır.

Xalq arasında bu məmurların ön cərgəsində gedənlərdən birincisinin, məhz ƏƏSM naziri Sahil Babayev olduğu deyilir. Ölkə əhalisinin əksəriyyəti Sahil Babayevin xalqa qarşı, əhalinin əlil kəsiminə, xüsusən müharibə əlillərinə və veteranlarına qarşı göstərdiyi düşmən münasibəti onun qanında erməni qarşığı olması ilə bağlayır.

Bu fikiri deyənlərin sözünə qalsa, o zaman onlara hökumətin və deputatların tərkibində olan erməni əsilli və ermənilərlə yaxın qohumluğu olanlara diqqət etmələrini tövsiyyə edirəm.

Əslində isə Sahil Babayev, cəmiyyətdə 4 milyard pul mənimsəməsi barədə söhbət dolaşan, buna görə həbs olunan, bir ildən sonra bu günlərdə "xəstəliyə" görə ev dustaqlığına buraxılan, sabiq nazir Səlim Müslümovun xalqa və dövlətə qarşı vaxtı ilə etdiyi cinayətləri hazırda daha ağır formada təkrar edir.

Xalq hazırda dövlətin sosial müdafiəsinə ciddi ehtiyacı olan əlil qisminə Sahil Babayevin divan tutmasının günahını nazirdən çox, Sahil Babayevi nazir postuna gətirən hökumətdə görür. Bəlkə, hökumət üzvləri Sahil Babayevin ƏƏSMN-də əlillərin başına açdığı oyunlara görə, xalqın hər gün küçələrdə yürüş, piket, mitinq keçirdiyini görmürlər?!

Tək bir faktı qeyd edək ki, əldə etdiyimiz məlumata görə, son bir il ərzində Ağdam ruhi-əsəb xəstəlikləri dispanseri tərəfindən uzun müddət xəstə olan yüzdən çox ruhi xəstənin əlilliyi təsdiq olunub. Amma ƏƏSMN-də bu əlillik dərəcəsinin biri belə, təsdiq olunmayıb! O hesabla fikirləşin, görün, ölkədə nə qədər bu cür dözülməz hallar mövcuddur?!

Bir məsələni də qeyd etməyi gəlin unutmayaq ki, Azərbaycanda çoxsaylı bu və ya digər səbəblərdən gərgin əsəbi və qeyri-sağlam mənəvi mühit hakimdir. Cəmiyyəti təşkil edən insanların demək olar ki, əksəriyyəti çox ağır xəstədir.

Hətta ölkədə məmurlar arasında normal sağlam adamın olmaması barədə fikirlər səslənir. Məhz belə ağır xəstələrdən biri də nazir Sahil Babayevdir. Çünki sağlam adam heç zaman 220 min əlili təqaüddən məhrum etmək, hətta fikrinə belə düşə bilməz.

Ekspertlərin rəyinə görə, rüşvət və korrupsiya ilə məşğul olan, daim həbs olunmaq təhlükəsilə qorxu içində yaşayan və mənəvi xəstəliyə tutulmuş məmurlar tərəfindən idarə olunan xalq heç vaxt sağlam ola bilməz.

Xalq içərisində xüsusi diqqət yetirilməli olan minlərlə müharibə əlillərinə isə, "nə yoğuran, nə yapan, hazırca kökə tapan", nazir Sahil Babsyevin əlillik dərəcəsi verməməsinə heç mənəvi haqqı belə çatmır.

Səfurə

 

0.19864010810852