Bu il “Eurovision” Mahnı Müsabiqəsində qalib gələn və böyük təəssürat yaradan Ukrayna musiqi qrupu müsabiqənin mükafatı olan kuboku satıb.
Demokratikmusavat.com xəbər verir ki, bu brədə 66-cı Avroviziya Mahnı Müsabiqəsində qalibi Ukraynanın “Kaluş Orkestri” məlumat yayıb.
Qrup ölkələrində döyüşən əsgərlərə dəstək olmaq üçün çempionluq kubokunu 900 min avroya satıb. Kristal mikrofon kimi hazırlanmış kubok Ukrayna ordusu üçün PUA almaq məqsədilə “Facebook”da hərraca çıxarılıb.
Kaluş Orkestri də satış dövründə ianə toplamaq üçün Almaniyanın paytaxtı Berlində konsert verib.
Bu konsertdən əldə olunan gəlir tibbi ləvazimatların alınmasına sərf edilib.
Billurə Yunus