“Qaçqınkom” yeni yaradılmış şirkətə 100 min manatlıq tender verdi

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsərrüfat hesablı təchizat və istehsalat idarəsi avadanlıqların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Demokratikmusavat.comın məlumatına görə, tenderin qalibi “Elektron 21” MMC olub.

Qalib şirkətlə 99,8 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Elektron 21” MMC 27.10.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Zahidov Nicat Şökət oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə, ev 128-dir.

 

0.20534992218018