Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1,2 mlrd. ABŞ dolları ekvivalentində olub.
“Demokratikmusavat.com ”ın məlumatına görə, bu, ötən ilin I rübünə nəzərən 12,5% çoxdur.
Nağd xarici valyuta əməliyyatlarının 89,7%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması şəraitində ümumi iqtisadi aktivliyin artması ilə nağd xarici valyutanın xalis satışı ötən ilin müvafiq dövrünə nəzərən 66,2% artıb.