Israilin Azərbaycandakı səfiri Corc Dik Zəngilanda "Ağıllı kənd"ə səfər edib.
Demokratikmusavat.com -ın xəbərinə görə, diplomat bu barədə “Twitter“ hesabındakı paylaşımında bildirib.
“Bizim Israil şirkətlərinin öz texnologiyaları və “nau-hou”larını təqdim etdikləri Zəngilandakı ağıllı kəndə əla səfərimiz oldu. 1 ildən də az bir müddətdə böyük işlər görülüb. Zəngilanda və hər yerdə qida təhlükəsizliyi bizim böyüyən tərəfdaşlığımızın əsas hissəsidir”, - deyə səfir qeyd edib.