"AzerGold” QSC-nin fəaliyyətindən xalq niyə xəbərsizdir?

 

Qapalı Səhmdar Cəmiyyətin fəaliyyəti xalqdan gizlədilir


"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib. “AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

26 may 2016-cı il tarixində prezident İlham Əliyev Zakir Zaur oğlu İbrahimovu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri təyin edib.
Bundan öncə Zakir İbrahimov “Təmiz Şəhər” ASC-də həmin vəzifəni tutub.
 
Təəssüflə qeyd edirik ki, ölkəmizdə fəaliyyətə başlayan "AzerGold”-un dövlətə verdiyi fayda barədə indiyədək xalqa ətraflı məlumat verilməyib, yalnız mediada çox bəsit məlumat verilir.

Azərbaycan təbii sərvətlərlə zəngin olsa da, hazırda digər təbii sərvətlər kimi, əlvan və qara metal mədənləri də ayrı-ayrı vəzifəli şəxslərin ailəvi monopoliyasındadır.

Bu gün xalqımız "AzerGold”un dövlətimizə verdiyi fayda barədə heç bir informasiyaya malik deyil. Halbuki xalq bu dövləti yaratmaq və düşməndən qorumaq və sərvətlərindən faydalanmaq üçün on minlərlə övlad şəhid verib və verir.

Amma bizə gələn xəbərdə bildirilir ki, ölkənin əlvan metalı "AzerGold”un İdarə Heyətinin sədri və onun yaxın adamları tərəfindən şəxsi şirkət kimi istifadə olunur.

Hətta şəffaflığın hər bir təşkilat üçün ciddi dövlət tələbi olduğu hazırkı məqamda ölkə ictimaiyyəti və media “AzerGold” QSC-nin fəaliyyəti barədə məlumat əldə edə bilmir. “AzerGold” QSC barədə google-da axtarışda verəndə belə, heç bir məlumat almaq mümkün deyil

Abbas

0.13415789604187