Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin həyat yoldaşı Safiyə, qızı Ayşə və oğlu Məhəmmədə 6 aylıq səyahət icazəsi verilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının rəsmi saytı açıqlama yayıb.
Qəzzafi ailəsinin üç üzvünün səyahət icazələrinin 1 iyun - 30 noyabr tarixləri arasında etibarlı olduğu bildirilib.
Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının Liviya Komitəsinin zərurət yaranarsa, bu şəxslərin səyahət icazəsini uzada biləcəyi bildirilib.