Daşqın və torpaq sürüşmələri onlarla insanın ölümünə səbəb oldu

 

Braziliyanın Pernambuko və Alaqoas ştatlarında daşqın və torpaq sürüşmələrinə səbəb olan güclü yağışlar nəticəsində otuzdan çox insan həlak olub.

"Ölkə.a" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Xəbərdə azı 35 nəfərin öldüyü bildirilir.

"Associated Press" isə bildirib ki, təbii fəlakət nəticəsində azı 31 nəfər ölüb, onlardan 29-u Pernambuko ştatında sürüşmənin qurbanı olub, daha ikisi isə Alaqoas ştatında çayda batıb.

Pernambuko ştatının mindən çox sakini daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

0.19888591766357