Paralel.az ..."> Paralel.az ...">

Bu ölkədə 16 meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb

 

Fransanın səhiyyə orqanları ölkədə 16 meymunçiçəyi xəstəliyinə yoluxma faktını təsdiqləyib.

Demokratikmusavat.com Trend-ə istinadla xəbər verir ki, Fransa Milli Səhiyyə Agentliyi yoluxmaların əksəriyyəti paytaxt Parisdə qeydə alınıb.

Son zamanlar Qərbi Avropanın bir sıra ölkələrində geniş yayılan meymunçiçəyi virusu digər qitələrdə də aşkarlanıb.

Yoluxma halları Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveç və digər ölkələrdə qeydə alınıb.

0.1517539024353