Lavrov Putinin səhhətinin pisləşməsi barədə xəbərləri təkzib edib

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin səhhətinin pis olması ilə bağlı məlumatları təkzib edib.

"Prezident Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır. Siz onu televiziya ekranlarında izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan insanlar bu insanda hansısa xəstəlik və ya xəstəlik əlamətlərini görə bilsinlər", - Lavrov deyib.

0.25378489494324