Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğanın sözlərinə görə, bununla PKK üzvlərinin türk uşaqlarını dələduzluq yolu ilə öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq.
Türkiyə Prezidenti qonşu ölkədə yeni əməliyyatın nə vaxt başlaya biləcəyini açıqlamayıb.
Bundan əvvəl Türkiyənin Suriyanın şimalında Tell-Rifat, Ayn əl-Ərəb, Mənbic və Ayn İsa bölgələrini əhatə edəcək yeni hərbi əməliyyata hazırlaşdığı barədə məlumat yayılıb. Əməliyyata 50 minə yaxın Türkiyə hərbçisinin cəlb edilməsi planlaşdırılır.