Moldovada müxalifətin mitinqinin qarşısı alındı

 

Moldova hakimiyyəti bazar günü müxalifətin kütləvi etiraz aksiyasının təşkilinin qarşısını alıb. Demokratikmusavat.com bu barədə TASS-a istinadla xəbər verir ki, Moldova parlamenti sədrinin müavini, müxalifətdə olan Moldova Sosialistlər Partiyasının icraçı katibi Vlad Batrinça bildirib.

"Regionlardan nəqliyyatın hərəkəti ilə bağlı insanların böyük problemləri var. Nəqliyyat şirkətlərini təhdid ediblər. Bölgələrdəki həmkarlarımızla profilaktik söhbətlər aparılır, onlara bu gün Kişinyova getmələri tövsiyə edilmir. Demək olar ki, ölkənin hər yerindən həmkarlarımızdan belə məlumat alırıq. Hökumət rəhbərlərindən kimsə bu gün qərar verib ki, insanlar Kişinyova gələ bilməzlər”, - Batrinça bildirib.

Elvin

Demokratikmusavat.com

0.16974210739136