Rusiya Ukraynada kritik şəhəri ələ keçirdi

 

Ukraynanın Donetsk vilayətinin Krasnıy Limanı şəhərinin Rusiya qüvvələrinin nəzarətinə keçib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlayıb. O, Rusiya ordusunun qondarma Donetsk Xalq Respublikasının qüvvələrinin Krasnı Port şəhərini tamamilə nəzarətə götürdüyünü bildirib.

Şəhərin mühüm dəmir yolu qovşağına malik olması Ukrayna tərəfini narahat edib. Rusların bundan sonra Slavyansk və Kramatorska hücum etmək üçün Severski Donets çayını keçməyə çalışacaqları proqnozlaşdırılır.

Konaşenkov bəyan edib ki, Ukrayna ordusunun 30-cu Mexanikləşdirilmiş Briqadasının Bəhmut qəsəbəsindəki irəli komanda mərkəzi və Soledar qəsəbəsindəki regional müdafiə bölməsinin komanda mərkəzi havadan atılan yüksək dəqiqlikli raketlərlə vurulub.

Rusiyalı rəsmi bildirib ki, Rusiya hava döyüş-taktiki bölmələri bir gündə 6 komanda mərkəzini, 1 rabitə mərkəzini, 4 silah-sursat anbarını, 2 “Qrad” çoxlüləli reaktiv yaylım atəşi sistemi akkumulyatorunu və 50 hərbi bölgəni məhv edib.

Billurə

 

0.22459602355957