ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi Liberty Lifter layihəsi çərçivəsində SSRİ dövründə hazırlanmış “Xəzər canavarı” adını alan “Lun” ekranoplan-raketdaşıyıcı gəminin analoqunu yaratmağa qərar verib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Popular Mechanics yazıb.
Amerika jurnalı qeyd edir ki, Liberty Lifter xüsusi dəniz limanları və hava bazalarından istifadə etmədən böyük kütləli yüklərin dünyanın istənilən nöqtəsinə yüksək sürətlə çatdırılmasına imkan verəcək.
Mətbu orqanının yazdığına görə, ekranoplan Cənubi Çin dənizindəki adalara zirehli texnika və gəmi əleyhinə raketlər ötürmək üçün istifadə edilə bilər.
Qeyd edək ki, 903 “Lun”ının hazırlanmasına 1966-cı ildə başlana da, o ancaq 1980-ci illərdə istifadəyə verilə bilib. Ekranoplan Xəzər dənizinin üzərində 4 metr hündürlükdə keçib və təxminən 50 dəqiqə davam edib. Testlər uğurlu hesab edilib.
Yeri gəlmişkən, elə həmin an bir casus peyk onu fərq edib və bu amerikalıları o zaman ciddi şəkildə qorxudub.
“Canavar” 400 - 450 km/saat sürətlə su üzərində 3-4 metr hündürlükdə uçmaq qabliyyətinə malik olub.
Amma bu “canavar”ın ömürü uzun olmayıb. Cəmi bir neçə aydan sonra növbəti sınaq uçuşu zamanı pilotun səhvi nəticəsində qəzaya uğrayıb və Xəzər dənizində batıb. Və heç kim onu xilas etməyə cürət etməyib. Qəzanın əsl səbəbləri ilə bağlı dizaynerlər və mühəndislər arasında çoxlu söz-söhbətlər olub. Hətta pilotun ölkə rəhbərliyindən əmr alaraq gəmini qəsdən qəzaya uğratdığı barədə şayiələr yayılıb. Səbəb isə gəminin böyük xərc tələb etməsi olub.
Mürtəza
Demokratikmusavat.com