Rus qoşunları xeyli itki verərək geri çəkilib - Baş Qərargah

 

Ukrayna Müdafiə Qüvvələrinin əks-hücumu  nəticəsində rus ordusu xeyli itki verərək Novopol və Novodarovka yaşayış məntəqələri ərazilərində geri çəkiliblər.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook-dakı xülasəsində deyilir.

Rus ordusu Novopavlovsk və Zaporojye istiqamətlərində Vremovka, Poltavka, Krasnoye, Qulyaipole, Orexov, Kamenskoye və digər yaşayış məntəqələrinin ərazilərindəki  mülki infrastruktur obyektlərini atəşə tutub. Rus ordusu aviasiyadan istifadə edərək yaşayış məntəqələrini bombalayıb. 

“Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində düşmən Novopol və Novodarovka yaşayış məntəqələri ərazilərində xeyli itki verərək geri çəkilib”, - Baş Qərargahın bəyanatında deyilir.

 Məlumatda eyni zamanda  rus ordusunun Zaporojye vilayətində hücuma hazırlaşdığı bildirilir. 

Mürtəza
Demokratikmusavat.com

0.17027497291565