Dünya birjalarında neft qiymətləri artıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2,03 dollar və ya 1,73% artaraq 119,43 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,98 dollar və ya 0,86% artaraq 115,07 dollar təşkil edib.