Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında paylaşım edib.
"Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik, fikir mübadiləsi apardıq",- paylaşımda deyilir.
We had fruitful meeting and exchange of views with EU Delegation and EU Ambassadors accredited in Baku as follow up to Brussels peace agenda. pic.twitter.com/4ZZcHbcBlf
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 27, 2022