NATO-dan Rusiyaya kritik müdaxilə: F-35-lər havaya qalxdı

 

Rusiya və Ukrayna arasında davam edən müharibədə mühüm rol oynayan NATO İsveç və Finlandiyanın üzvlük müraciətləri ilə yeni çıxılmaz vəziyyətə düşüb. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Finlandiya sərhədi yaxınlığında Norveç bölgəsindən keçən Rusiya təyyarələrinin qarşısını almaq üçün NATO-nun F-35 döyüş təyyarələri havaya qalxıb.

Norveç öz hava məkanında uçan Rusiya təyyarəsinin Mikoyan MiQ-31 “Foxhound” və “Sukhoi Su-24” “Fencer” reaktiv təyyarəsi olduğunu açıqlayıb.Hərbi Hava Qüvvələri Rusiya təyyarələrinin şərqə dönmədən əvvəl Norveç dənizinə uçduğunu bildirib. 

Norveç Silahlı Qüvvələrinin NATO üçün iki F35 döyüş təyyarəsinin daim hazır vəziyyətdə olduğu bildirilib.  Norveçin hava məkanına müdaxilənin Rusiya üçün “daha aqressiv hərəkətə” səbəb olacağı vurğulanıb.

Qeyd edək ki, Davosda keçirilən Dünya İqtisadi Forumunun illik toplantısında verilən açıqlamaya görə, İsveç və Finlandiya hərbi alyansa qoşulmaq istəklərini gücləndirmək üçün iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitində iştirak edəcəklər.

Billurə

 

0.16892099380493