Avropa ölkəsindən "Bayraktar" kampaniyası: pul yığılır...

 

Rusiya-Ukrayna müharibəsində Türkiyə PUA-ları fəal rol oynamaqda davam edir.

Demokratikmusavat.com Haberler.com-a istinadla xəbər verir ki, Avropa ölkəsi olan Litvada Türkiyədən PUA alıb Ukraynaya hədiyyə etmək üçün kampaniya başladılıb. 

Litvada Laisves TV-nin qurucusu, jurnalist və sosial media fenomeni Andrius Tapinasın rəhbərliyi ilə Türkiyədən Bayraktar TB2 SİHA almaq üçün kampaniyaya start verilib. Çərşənbə günü paylaşdığı “Facebook” yazısında izləyicilərini ianə verməyə dəvət edən Tapinas sözlərinə belə davam edib:

"Litva və Türkiyənin müdafiə nazirlikləri yaşıl işıq yandırdı, istehsalçı "hə" dedi. İndi ağlımda yalnız bir söz var: "Bayraktar".

Litvanın müdafiə naziri Arvydas Anusauskas da kampaniyya dəstək olanlar arasındadır. O, 5 milyon dollara ehtiyacları olduğunu və litvalıların indiyə qədər 1 milyon dollar topladığını bildirib. Nazir kampaniyaya dəstək olmaq üçün sosial media hesabında kart nömrəsi də paylaşıb.

Billurə

 

0.15740394592285