Stadionlarda siqaret qadağası olacaqmı? – Açıqlama

 

Qanun hamı üçündür. Çempionatın ikinci dövrəsi başlayanda stadionlarda bu barədə elan veriləcək. Fasilədə isə yeni qanunla bağlı təbliğat aparılacaq.

Bu sözləri Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalara və obyektlərə, habelə onların ərazilərinə də şamil edilir. Qanunun qüvvəyə minməsinə münasibət bildirən R. Musayev bundan sonra stadionlarda siqaret çəkilməməsi üçün nəzarət olacağını istisna etməyib. Amma onun sözlərinə görə, bunu PFL yox, dövlət edəcək:

“Dövlətimiz hər şeyə nəzarət edir. Açığı, biz hansısa nəzarət mexanizmi yaratmaq üçün yeni işçilər cəlb etməliyik. Hazırda isə maddi durumumuz buna imkan vermir. Amma bu o demək deyil ki, nəzarət olmayacaq. Stadionda mühafizəçilər, polislər olur. Onlar bu məsələyə də nəzarət edəcəklər”.

 

0.19163799285889