VİDEO -Sahibkarlıq fəaliyyəti olmayan vətəndaşın külli miqdarda vergi borcu var

 

Heç bir müəssisədə işləməyən, sahibkarlıq fəaliyyəti olmayan vətəndaşın külli miqdarda vergi borcu olduğu məlum olub.

Tovuz sakini, 62 yaşlı Həmidə İbrahimova bu vaxta qədər  həyətində xırda təsərrüfatla məşğul olub. Heç bir müəssisə və təşkilatda işləməyib, sahibkarlıq fəaliyyəti ilə də məşğul olmayıb.

O, bir neçə  həftə əvvəl xəbər tutub ki, adına Bakıda yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də 345 min manat vergi borcu yaranıb.

Demokratik Musavat -a daxil olan məlumata görə Vətəndaşa Bakı şəhəri, Xətai rayonunun İcra və probasiya şöbəsindən məhkəmə qərarı göndərilib. Hətta onun məhkəməyə gəlmədiyi halda məcburi gətirləcəyi də bildirilib.

Həmidə İbrahimova iddia edir ki, o heç bir sənədi imzalamayıb  və  öz  adına VÖEN hesabı  açdırmayıb.

Hüquqşünas Kamandar Hüseynov deyib ki, bu cür halla qarşılaşan şəxslər vergilər orqanına müraciət etməlidir.

Həmidə İbrahimova düşdüyü vəziyyətdlə əlaqədar yerli hüquq- mühafizə orqanlarına və digər qurumlara yazılı müraciət edib.

 

 

 

 

0.20016002655029