Polşa Türkiyədən 24 zərbə-kəşfiyyat pilotsuz uçan aparatları (PUA) alacaq və Ankaradan hərbi təyinatlı məhsul alan ilk NATO üzvü olacaq.
Bu barədə mayın 23-də «Röyter» agentliyi xəbər verib.
Birinciləri Varşavaya gələn il tədarük olunacaq «Bayraktar TB2» dronları tank əleyhinə raketlərlə silahlanacaq. Polşa həm də Türkiyə dronları üçün material-texniki təminat dəstləri alacaq. Bu barədə isə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.
Onun sözlərinə görə, "Bayraktar TB2" özünü müharibələrdə göstərib. Müdafiə idarəsinin başçısı silah sövdəsinin digər təfərrüatlarını açmayıb.
Kontrakt tender elan edilmədən bağlanacaq, onun imzalanması artıq gələn həftə prezident Anjey Dudanın Türkiyəyə səfəri zamanı planlaşdırılır.
Türkiyə hakimiyyəti təsdiqləyir ki, ölkə döyüş pilotsuz aparatlarının istehsal miqyasına görə dünyada 4-cü yerə çıxıb.
Qərb KİV-i isə Qarabağdakı müharibədən sonra yazır ki, Türkiyə «Bayraktar»ları bölgədə balansı dəyişir.
Demokratik Musavat